Siyəzəndə yol polisini döyüb öldürdülər
02 iyun 2009 19:00 (UTC +04:00)

Siyəzəndə yol polisini döyüb öldürdülər

Onun cəsədi Xıdır Zində Pirinin yaxınlığında tapılıb


Siyəzəndə Dövlət Yol Polisi Alayının 45 yaşlı əməkdaşı Elçin Tofiq oğlu İlyasov qətlə yetirilib.
Lent.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, onun cəsədi bu gün saat 08.30-radələrində Bakı-Quba yolunun 90-cı km-də, Siyəzən rayonu ərazisindəki Xıdır Zində Pirinin yaxınlığında tapılıb.
Siyəzən rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.
Elçin İlyasovun döyülərək öldürüldüyü bildirilir. Hazırda hadisə yerində rayon prokurorluğunun və polis bölməsinin əməkdaşları işləyirlər. Hələlik səbəbləri barədə məlumat yoxdur.
# 818

Oxşar yazılar