Rəhim Rəhimli dəhşətli qəzadan salamat çıxıb
02 iyun 2009 19:15 (UTC +04:00)

Rəhim Rəhimli dəhşətli qəzadan salamat çıxıb

Sənətçi və bəstəkar Rəhim Rəhimli yol qəzasına düşüb. Qəza Bakı-Sumqayıt şossesində baş verib. Bu barədə iyunun 2-də sənətçinin özü Lent.az-a açıqlama verib: “Sumqayıta Röyanın konsertinə gedirdim. Gələcəyimdən Röya xəbərsiz idi. Şossedə maşının təkəri boşaldı. Həmin hadisəni arxada maşınla gələn media işçiləri də gördü və hətta görüntüyə belə aldılar”.

Rəhim Rəhimli maşının bərbad vəziyyətə düşdüyünü deyib: “Allah məni saxladı. Dostumla birlikdə maşında idik. Maşın dəhşətli vəziyyətə düşüb. Amma mən, heç nəyə baxmayaraq, konsertə yetişdim. Mənə kömək edən şəxslərin yardımı ilə konsertə yola düşdüm”.

Lalə Yusifqızı
# 632

Oxşar yazılar