Ermənilər Qazaxda dinc sakini yaralayıblar
02 iyun 2009 20:00 (UTC +04:00)

Ermənilər Qazaxda dinc sakini yaralayıblar

Xəstəxanaya çatdırılan yaralının vəziyyəti normaldır
İyunun 1-də Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Qazax rayon sakini, Quşçu Ayrım kəndində mal-qara otaran İsmayılov Mülkədar İsmayıl oğlu yaralanıb. 1941-ci il təvəllüdlü M.İsmayılov yerli sakinlər tərəfindən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkimi Kağı Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.
Vüsalə Cənnətova
# 688

Oxşar yazılar