Faiq Qarayevin sürücüsünün oğlu yol qəzasında ölüb
03 iyun 2009 12:45 (UTC +04:00)

Faiq Qarayevin sürücüsünün oğlu yol qəzasında ölüb

Azərbaycanın voleybol üzrə yığma komandasının baş məşqçisi Faiq Qarayevin sürücüsünün oğlu qəza törədib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gecə rayonun Nardaran qəsəbəsində baş verib. Faiq Qarayevin Nardarandakı bağ evinə istirahətə gələn sürücüsünün oğlu, 1990-cı il təvəllüdlü Fərid Fəxrəddin oğlu Əsədullayev idarə etdiyi “Hyundai” markalı, 90 EK 761 dövlət nömrə nişanlı maşını yolun kənarındakı dirəyə çırpıb.

Qəza nəticəsində F. Əsədullayev aldığı xəsarətdən hadisə yerində keçinib. Maşında olan sərnişin isə xəsarətlə xəstəxanaya yerləşdirilib. Hələlik onun adı açıqlanmır. Yol qəzasına yüksək sürətin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
# 837

Oxşar yazılar