Hüseyn Arabulun barəsində cinayət işi başlandı
04 iyun 2009 10:30 (UTC +04:00)

Hüseyn Arabulun barəsində cinayət işi başlandı

O, sərhədi qanunsuz keçməkdə ittiham olunur

“Barmek-Azərbaycan” şirkətinin sabiq prezidenti Hüseyn Arabulun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə cinayət işi başlanıb.



Bu barədə APA-ya Hüseyn Arabulun vəkili Abbas Atakişi məlumat verib. Vəkilin bildirdiyinə görə, türkiyəli iş adamı hazırda Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsində saxlanılır. A. Atakişi deyib ki, onun barəsində hələ həbs-qətimkan tədbiri seçilməyib.
Qeyd edək ki, “Barmek-Azərbaycan” şirkətinin sabiq prezidenti Hüseyn Arabul iyunun 3-də saat 02.00 radələrində Şəmkir rayonu ərazisində Azərbaycandan Gürcüstana keçmək istəyərkən Alazan çayının kənarında Şəmkir Sərhəd Dəstəsinin sərhədçiləri tərəfindən saxlanılıb.


Xatırladaq ki, Hüseyn Arabul dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci ildə çıxardığı hökmə əsasən 1 milyon 370 min manat cərimə ödəməklə, 5 il müddətinə şərti cəzaya məhkum edilib. Məhkəmənin qərarına əsasən o, bu müddət ərzində Azərbaycanı tərk edə bilməz.
# 857

Oxşar yazılar