Şamaxıdakı yanğın yerindən xeyli silah-sursat tapılıb
28 mart 2011 19:00 (UTC +04:00)

Şamaxıdakı yanğın yerindən xeyli silah-sursat tapılıb

0
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın söndürülərkən yanğınsöndürənlər tərəfindən həmin ərazidən 2 ədəd "AKS" və "AKM" markalı avtomat silahları, 6 ədəd "RQD-5" əl qumbarası, 4 ədəd 5.45-7.62 ölçüdə güllə darağı aşkar edilib.

Aşkar edilmiş silah-sursat aidiyyəti üzrə polis orqanlarına təhvil verilib.

Araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 772

Oxşar yazılar