Dubaydan Azərbaycana 3 milyonluq  brilyant gətirmək istədi, TUTULDU
03 sentyabr 2026 11:00 (UTC +04:00)

Dubaydan Azərbaycana 3 milyonluq brilyant gətirmək istədi, TUTULDU

0

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkar edilib.

Lent.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Şarja-Bakı aviareysi ilə gələn iki nəfər Azərbaycan Respublikası vətəndaşı gömrük yoxlamasına cəlb edilib.

Gömrük baxışı zamanı həmin şəxslərin üzərində gömrük nəzarətindən gizlədilən və içərisində brilyant qaşlar olan bağlamalar aşkar edilib.

Ekspertizanın rəyinə əsasən həmin brilyant qaşların ümumilkdə çəkisi 654.90 karatdır (dəyəri 3 milyon manat).

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar