12 minlik  lotereya bileti oğurladı:   Heç nə udmadı
30 mart 2023 00:22 (UTC +04:00)

12 minlik lotereya bileti oğurladı: Heç nə udmadı

50 yaşlı Moskva sakini məşhur lotereyalara bilet satan şirkətin filialında işə düzəlib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, nə vaxtsa onun ağlına lotereya biletlərini satmaq yox, mənimsəmək – və “öz mülahizəsi ilə sərəncam vermək” fikri yaranıb. Nəticədə 11970 bilet bədxah satıcının şikarına çevrilib. Onların dəyəri 1 393 850 rubl (18 min dollardan çox) təşkil edib.

Məlumata görə, bu məbləğdə bilet oğramasına baxmayaraq, kişi nəticədə heç nə uda bilməyib. 

Faktla bağlı cinayət işi qaldırılıb.

# 1800
avatar

Oxşar yazılar