14 nəfər xilas edildi, 12 yanğının  QARŞISI ALINDI
21 may 2022 16:13 (UTC +04:00)

14 nəfər xilas edildi, 12 yanğının QARŞISI ALINDI

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Lent.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 12 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 14 nəfər, o cümlədən Abşeron rayonu, Novxanı kəndi ərazisində özünü dənizə ataraq intihara cəhd edən 1 nəfər və Xaçmaz rayonunun Xudat şəhərində “Opel” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1844

Oxşar yazılar

Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47