15 yaşlı qız avtobusda doğdu
27 dekabr 2025 15:53 (UTC +04:00)

15 yaşlı qız avtobusda doğdu

0

Sibirdə 15 yaşlı məktəbli qız avtobusda doğuş edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, yetkinlik yaşına çatmayan qız Dovolnıdan Novosibirskə gedən avtobusda olarkən doğuş sancıları başlayıb. Ona kömək üçün sərnişinlərdən biri, stomatoloq Maya Denisenko dərhal müdaxilə edib.

Həkimin sözlərinə görə, o, sürücüdən təcili tibbi yardım çağırmağı, sərnişinlərdən isə antibakterial salfetlər və uşağı bükmək üçün parça vermələrini xahiş edib. Sürücünün yanında təmiz yastıq üzlüyü olub və körpə məhz ona bükülərək dünyaya gətirilib. Həkim əlavə edib ki, oğlan uşağı nəfəs almağa və ağlamağa başlayanda böyük sevinc hissi keçirib, çünki bu an onun üçün çox vacib olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar