Xaçmazda maşın piyadanı vuraraq öldürüb.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Müzəffəroba kəndində qeydə alınıb.
Belə ki, 37 yaşlı İlqar Sadiq oğlu Babayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən piyada 65 yaşlı Ağa Ağabala oğlu Babayevi vurub.
Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.