Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər
18 sentyabr 2026 05:27 (UTC +04:00)

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

0

 

Rusiyanın “Голос. Дети” musiqi layihəsinin mentorları Polina Qaqarina və Vanya Dmitrienko çəkiliş zamanı mübahisə ediblər.

Lent.az xəbər verir ki, bu barədə “7 Дней” məlumat yayıb.

Mübahisəyə güclü vokala malik iştirakçının hansı mentorun komandasına qoşulacağı məsələsi səbəb olub. 20 yaşlı Dmitrienko həmkarına “Bu, peşəkar deyil” deyib.

Qaqarina isə zarafatla Dmitrienkonun sevgilisi Anna Peresildə şikayət edəcəyini söyləyib. Layihənin 13-cü mövsümü sentyabrın 25-də başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar