76 yaşlı kişi yol qəzasında öldü -YENİLƏNİB
29 sentyabr 2023 23:12 (UTC +04:00)

76 yaşlı kişi yol qəzasında öldü-YENİLƏNİB

76 yaşlı piyadanın öldüyü qəzada sürücünün şəxsiyyəti məlum olub.

APA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran şəhər sakini Sakin Məmməd oğlu Məmmədzadə idarə etdiyi "Mercedes" markalı minik maşını ilə şəhərin Zərifə Əliyeva küçəsində hərəkətdə olarkən, piyada 1947-ci il təvəllüdlü İslahat Allahverdi oğlu Quliyevi vurub. Aparılan reanimasyon  tədbirlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb. Sürücü hadisədən sonra saxlanılıb. 
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
 

***

21.48

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb. 

Minik avtomobili Lənkəran şəhər sakini 1947-ci il təvəllüdlü İslahat Allahverdi oğlu Quliyevi vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra İ.Quliyev reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 76 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3855

Oxşar yazılar

Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06
Şəkidə AĞIR QƏZA:   7 nəfər yaralandı, ikisi uşaqdır - YENİLƏNİB

Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır - YENİLƏNİB

10 may 2025 , 20:16