Sakitlik və evi səs-küylü şənliklərdən üstün tutan ULDUZLAR
10 may 2025 13:23 (UTC +04:00)

Sakitlik və evi səs-küylü şənliklərdən üstün tutan ULDUZLAR

Şou-biznes dünyası adətən parıltı, gurultulu musiqi və sonsuz əyləncələrlə assosiasiya olunur. Amma bütün məşhurlar belə həyatı sevmir. Bəziləri bu cür tədbirlərdən, izdihamdan və kameralardan bilərək uzaq durur, sakitliyi, ailəni və evlərinin rahatlığını seçirlər.

Lent.az həmin introvert ulduzları təqdim edir.

Zendeya

Sakit, təmkinli və qalmaqallardan uzaq – Zendaya məhz bu cür tanınır. Klublardan hekayələr, əyləncələrdən qalmaqallı fotolar – belə şeylər yoxdur. O, şan-şöhrət dalınca qaçmır, tabloidlərin qəhrəmanı olmağa can atmır.

Aktrisa artıq uzun müddətdir ki, Tom Holland ilə xoşbəxt münasibətdədir və sosial şəbəkələrdə də ancaq fotosessiyalardan və rəsmi tədbirlərdən görüntülər paylaşır.

“O şeyləri niyə sınayasan ki, sənə lazım deyil?” – deyə o, bir dəfə söyləmişdi. Doğrudan da, sevgi, rahatlıq və sakitlik varkən, əyləncələrə nə ehtiyac?

Bleyk Liveli

Blake əsl nümunədir ki, ulduzluq və evə bağlılıq bir yerdə mövcud ola bilər. O, xoşbəxt həyat yoldaşı və anadır. Səs-küylü tədbirlərdə olmaq əvəzinə, axşamları uşaqları ilə keçirməyi üstün tutur. Bu yorğunluqdan deyil – sadəcə bu cür əyləncələr onu heç vaxt maraqlandırmayıb.

“Mən əsl ev adamıyam. Klubda heç vaxt olmamışam – yalnız konsertdə və ya Gossip Girl tədbirində. Bu mənlik deyil. Amma canlı musiqi – o, tamam başqa məsələdir”, – deyə aktrisa etiraf edir.

Keanu Rivs

Keanu sakitliyin və rahatlığın ustasıdır. Onu səs-küylü tədbirlərdə yaxalamaq çətindir, premyeralara da yalnız uzun fikirləşdikdən sonra gedir. O, artıq diqqət mərkəzində olmağı sevmir və çox vaxt tək, mühafizəçisiz və dostsuz gəzir. Keanu özü də bir dəfə etiraf edib ki, o, özünü tək olanda, fotoaparatların işığında və gur izdihamdan uzaqda daha rahat hiss edir.

Cennifer Laurens

Bu məşhuru əyləncələrdə nadir hallarda görmək olar – dəvət olunmadığına görə deyil, sadəcə olaraq istəmir. Jennifer ciddi işləyir, boş vaxtını isə dincəlməyə sərf etməyi üstün tutur, gecə macəralarına yox.

“Ola bilər ki, bir gün məni layihələrə çağırmağı dayandırsalar, özümə daha çox vaxt ayıra bilim. Amma hələlik – heç bir əyləncə yoxdur”, – deyə aktrisa bir dəfə demişdi.

Britni Spirs

Qonaq otağında rəqs, yataqda selfi və tam yetərlilik – Britney bu cürdür. Onun sosial şəbəkələrinə baxanda görürsən ki, onun üçün ideal əyləncə – evdə, musiqi və xoş əhval-ruhiyyə ilədir. Uşaqları balaca olanda belə, özünü ən xoşbəxt evdə hiss etdiyini deyirdi.
“Əslində mən darıxdırıcı ev adamıyam. Uşaqlarla vaxt keçirməyi sevirəm. Evdə olarkən xoşbəxt oluram”, – deyə müğənni etiraf etmişdi.

Meqan Fox

Təmtəraqlı əyləncə sevən MGK ilə münasibətdə olmasına baxmayaraq, Megan heç vaxt partilərin daimi qonağı olmayıb. Bəli, bəzən onunla tədbirlərdə görünür, amma əslində o – ev düşkünüdür.

Üstəlik, aktrisa yaxın zamanda dördüncü dəfə ana olub – indi ona heç əyləncə yaddadırmı? “Düzdür, tam evdən çıxmıram, amma... mən ev adamıyam”, – deyə o bildirir.

Zayn Malik

One Direction qrupunun keçmiş üzvü əslində heç vaxt əyləncələrdən həzz almayıb. Vaxtilə tədbirlərdə görünmək “lazım olduğu üçün” gedirdi, amma ruhu həmişə sakitlik arzulayırdı.

“Mən bir az utancaq və yöndəmsizəm. İnsanlar bunu pis xarakter kimi qəbul edir, amma mən sadəcə sakitliyi sevirəm”, – deyə ifaçı səmimi etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 378

Oxşar yazılar