Almaniyada iranlı reperin meyiti tapıldı
10 may 2025 13:41 (UTC +04:00)

Almaniyada iranlı reperin meyiti tapıldı

Almaniyada əsl adı Civar Xacəbi olan İran əsilli məşhur reper Xatar ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 44 yaşlı musiqiçinin cəsədi Berlində tapılıb. 

Ölümün səbəbləri naməlum olaraq qalır.

Hüquq-mühafizə orqanları ifaçının ölümünün hansı şəraitdə baş verdiyini araşdırmağa başlayıb, lakin hadisədə kənar şəxslərin də əli olduğunu hələlik istisna etməyib. İlkin məlumatlara görə, hələlik zorakı ölüm əlamətləri aşkar edilməyib. Yekun nəticələr məhkəmə-tibbi ekspertizasından sonra veriləcək.

Civar Xacəbi 1981-ci ildə İranda anadan olub, lakin Almaniyada böyüyüb. O, musiqi karyerasına 2000-ci illərin sonlarında başlayıb və ilk albomunu 2008-ci ildə buraxıb. Daha sonra o, öz etiketini təsis edib.

Reper həyatı boyu çoxsaylı qanun pozuntuları ilə üzləşib, o cümlədən içərisində 1,8 milyon avro dəyərində qızıl və zinət əşyaları olan avtomobilin qarət edilməsi ilə bağlı işdə iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1354

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi

Tramp Elon Maskı sərt tənqid etdi

7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq”  əməliyyatı həyata keçirdi

İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi

7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49