Ağdamda yük maşını minaya düşdü  - YENİLƏNİB
14 fevral 2025 12:08 (UTC +04:00)

Ağdamda yük maşını minaya düşdü - YENİLƏNİB

Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində mina hadisəsi baş verib.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda deyilir ki, Ağdam rayonunun Quzanlı kənd sakini 60 yaşlı Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşüb. Partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnib, hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

***
11:32

Ağdamda yük maşını minaya düşüb.

Lent.az xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində qeydə alınıb.

Mina partlaması nəticəsində ərazidə işləyən "Howo" markalı yük maşınına ziyan dəyib.

Xəsarət alan olmadığı bildirilir./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2882

Oxşar yazılar

Azyaşlı qardaşlar göldə BOĞULDU

Azyaşlı qardaşlar göldə BOĞULDU

2 may 2025 , 16:05
Bakıda məktəbli qız YOXA ÇIXDI

Bakıda məktəbli qız YOXA ÇIXDI

2 may 2025 , 15:37
Məzahir Pənahovun oğlu arvadına işgəncə verdi - ŞOK FOTOLAR

Məzahir Pənahovun oğlu arvadına işgəncə verdi - ŞOK FOTOLAR

2 may 2025 , 14:55
Sumqayıtda külək hasarı maşının üstünə aşırdı, sürücü öldü

Sumqayıtda külək hasarı maşının üstünə aşırdı, sürücü öldü

2 may 2025 , 14:25
Azərbaycana gətirdikləri dron  əllərindən alındı

Azərbaycana gətirdikləri dron əllərindən alındı

2 may 2025 , 13:59
500-dən çox adam Azərbaycandan çıxa bilmədi

500-dən çox adam Azərbaycandan çıxa bilmədi

2 may 2025 , 13:40
Bakıda sərxoş kişi hamamda yıxılıb öldü

Bakıda sərxoş kişi hamamda yıxılıb öldü

2 may 2025 , 13:17
Ağcabədidə evdən meyit tapıldı

Ağcabədidə evdən meyit tapıldı

2 may 2025 , 12:28