"AL Market" məhkəməyə verildi
24 avqust 2021 15:51 (UTC +04:00)

"AL Market" məhkəməyə verildi

“AL Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.

Lent.az-ın məlumatına görə. MMC-nin Gəncə şəhərindəki filiallarından birində yanğın təhlükəsizliyinin pozulması aşkarlanıb. Buna görə də, “AL Market” barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Tərtib olunan protokol baxılması üçün Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə göndərilib. İş hakim Rəşad Mustafayevin icraatına verilib.

Həmin maddə əsasında marketi 350 manatdan 500 manatadək cərimə gözləyir.

# 2295
avatar

Mehman Nəbiyev

Oxşar yazılar