Avtobus sürücüsünün telefonunu götürüb qaçan sərnişin tutuldu - HADİSƏ ANI
29 dekabr 2025 15:30 (UTC +04:00)

Avtobus sürücüsünün telefonunu götürüb qaçan sərnişin tutuldu - HADİSƏ ANI

0

Nizami rayonu Q.Qarayev prospektində “Daewoo” markalı sərnişin avtobuslarının birində naməlum sərnişin paytaxt sakini olan sürücünün 450 manat dəyərində mobil telefonunu soyğunçuluq edərək ələ keçirib.

Lent.az xəbər verir ki, hadisədən sonra həmin şəxs qaçaraq ərazidən uzaqlaşıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Sənan Quluzadə saxlanılıb. Həmin şəxsin törətdiyi hadisə təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar