Azərbaycan Avropa Birliyinin mühasibini axtarışa verdi
14 mart 2024 14:45 (UTC +04:00)

Azərbaycan Avropa Birliyinin mühasibini axtarışa verdi

Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin keçmiş mühasibi Zərifə Abbasova axtarışa verilib.

Lent.az xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Belə ki, təqsirləndirilən şəxs məhkəmə prosesinə gəlmədiyi üçün barəsində həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Bildirilib ki, o, tutulana kimi prosesin icraatı dayandırılıb.

Xatırladaq ki, son prosesdə prokuror Orxan Səmədova ittiham nitqi ilə çıxış etmək üçün məhkəmədən vaxt istəmişdi.

İttihama görə, 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə qədər Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin mühasibi vəzifəsində işləyən Zərifə Abbasova tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün nümayəndəliyə köçürülən pulları mənimsəmək üçün missiyanın rəhbəri Peter Mixalko və digər şəxsin imza, həmçinin möhürünü əldə edib.

Z.Abbasova ödəniş tapşırıqları ilə bağlı aylıq hesabatları qəsdən saxtalaşdırıb və nümayəndəliyin Beynəlxalq Bankdakı hesabından pul vəsaitlərini ələ keçirib.

Belə ki, o, 2017-2022-ci illər ərzində nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırıb, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək sözügedən təşkilata məxsus 983 min 254 manatı mənimsəyib.

İstintaq sənədlərinə görə, Z.Abbasova qeyd olunan pul vəsaitini müxtəlif vaxtlarda Beynəlxalq Bankın bankomatlarından çıxartmağa nail olub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

# 3453
avatar

Oxşar yazılar

Abşeronda "KamAZ" qaçırıldı

Abşeronda "KamAZ" qaçırıldı

16 may 2024 , 16:13
Oğlunun həbsdən çıxması üçün anasından 18 min aldılar - YENİLƏNİB

Oğlunun həbsdən çıxması üçün anasından 18 min aldılar - YENİLƏNİB

16 may 2024 , 15:21
Suvenir pullarla təqaüdçüləri aldadan  tutuldu

Suvenir pullarla təqaüdçüləri aldadan tutuldu

16 may 2024 , 14:51
Qarajdan  4 kişi meyiti  tapıldı

Qarajdan 4 kişi meyiti tapıldı

16 may 2024 , 13:06
"Priora" velosipedçini vurub öldürdü

"Priora" velosipedçini vurub öldürdü

16 may 2024 , 12:44
Dövlət sərhədini pozan 10 nəfər  saxlanıldı

Dövlət sərhədini pozan 10 nəfər saxlanıldı

16 may 2024 , 12:17
Polis idarəsinin rəisi işdən QOVULDU  - tualetdə qadınları izləyirmiş

Polis idarəsinin rəisi işdən QOVULDU - tualetdə qadınları izləyirmiş

16 may 2024 , 12:11
Bakıda AĞIR QƏZA:  1 ölü, 3 yaralı var

Bakıda AĞIR QƏZA: 1 ölü, 3 yaralı var

16 may 2024 , 11:25