"Real"ın gələcək oyunçusunu xərəkdə apardılar
16 may 2024 11:58 (UTC +04:00)

"Real"ın gələcək oyunçusunu xərəkdə apardılar

Braziliyada Libertadores Kubokunun qrup mərhələsinin oyunu keçirilib və "Palmeyras" "İndependyente"ni 2:1 hesabı ilə məğlub edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, ikinci hissədə "Palmeyras"ın hücumçusu Endrik zədələnib. Özü hərəkət edə bilmədiyi üçün xərəklə meydandan çıxarılmalı olub. Zədəsinin nə qədər ciddi olduğu məlum deyil.

2024-cü ilin yayında Endrik “Real Madrid”in oyunçusu olacaq. Onlar daha əvvəl müqavilə imzalayıblar.

17 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt braziliyalını 55 milyon avro qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1863
avatar

Oxşar yazılar