Rusiyanın Çelyabinsk şəhərindəki qarajların birində 4 kişi meyiti tapılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, onların meyitləri mayın əvvəlində aşkarlanıb.
İlkin məlumata görə, kişilər dəm qazından zəhərlənərək ölüblər.
İstintaq Komitəsinin Çelyabinsk vilayəti üzrə idarəsi bildirib ki, mütəxəssislər hadisə yerinə baxış keçirərək, lazımi məhkəmə-tibbi və fiziki-kimyəvi ekspertiza təyin ediblər.
Departamentdən əlavə ediblər ki, yoxlamanın nəticələrinə əsasən prosessual qərar qəbul ediləcək.