Gürcüstandan Azərbaycana qanunsuz keçənlər saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə mayın 15-də “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində qeydə alınıb. 10 nəfər (6-sı azyaşlı olmaqla) Azərbaycan Respublikası vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.