Azərbaycanda polis vəkili döyüb? - RƏSMİ CAVAB
16 avqust 2021 16:08 (UTC +04:00)

Azərbaycanda polis vəkili döyüb? - RƏSMİ CAVAB

Bəzi sosial şəbəkə səhifələrində polisin vəkili döyməsi ilə bağlı iddialar yayılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-a bildirib ki, Şirvan Apelyasiya Məhkəməsində keçirilən proses zamanı zala daxil olan vəkil Coşqun İsgəndərovun zalda olan Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi həqiqəti əks etdirmir, faktsız və sübutsuzdur:

“Qabil Ələsgərovun hüquqlarını müdafiə edən vəkil C.İsgəndərov Şirvan Apelyasiya Məhkəməsində keçirilən başqa bir proses zamanı zala mülki geyimdə daxil olaraq məhkəmədə polis əməkdaşlarına kinayəli suallar ünvanlamaqla, asayiş keşikçilərini təxribata çəkməyə cəhd göstərib.

Polis əməkdaşları isə məhkəmə prosesinə mane olan şəxsə iradlarını bildirərək, onu intizama dəvət ediblər. Polis əməkdaşları məhkəmə zalında keçirilən prosesin Q.Ələsgərovun məhkəməsi olmadığı və ona məhkəmənin gedişatına mane yaratmamaq üçün zalı tərk etməsini bildirən zaman isə vəkil C.İsgəndərov orada mübahisə yaradıb. Daha sonra isə həmin şəxs polis əməkdaşları tərəfindən zaldan uzaqlaşdırılması təmin edilib.

Qeyd olunan məsələ ilə bağlı Şirvan şəhər Prokurorluğunda araşdırmalar aparılır”.

# 5058
avatar

Mehman Nəbiyev

Oxşar yazılar