Azərbaycanda stadionda  FACİƏ:  ölən var
11 mart 2024 12:15 (UTC +04:00)

Azərbaycanda stadionda FACİƏ: ölən var

Martın 10-u saat 18 radələrində 18 yaşlı Elvin Həsənzadənin Ağstafa rayonunun Vurğun qəsəbəsində yerləşən stadionda ölməsi faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı Elvin Həsənzadənin hündürlükdən keçən elektrik naqilinə dəmir boru ilə toxunması nəticəsində cərəyanın təsirindən ölməsi müəyyən edilib.

Şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır

# 3243
avatar

Fidan İlqar

Oxşar yazılar