PSJ 12-ci dəfə Fransa çempionu oldu
29 aprel 2024 00:26 (UTC +04:00)

PSJ 12-ci dəfə Fransa çempionu oldu

Futbol üzrə Fransa çempionatının 2023-2024-cü illər mövsümünün qalibi müəyyənləşib.

Lent.az xəbər verir ki, bu ada "PSJ" sahib çıxıb.

Liqa 1-in XXXI turunda "Monako"nun "Lion"a 2:3 hesabı ilə məğlub olmasından sonra aktivində 70 xalı olan Paris təmsilçisinin sona 3 tur qalmış qızıl medalları təmin etməsi dəqiqləşib.

Knyazlıq klubu isə xal itkisinin ardından 58 xalla ikinci pillədə qərarlaşıb.

Bununla da paytaxt klubu 12-ci dəfə qızıl medala sahib çıxıb.

# 1602
avatar

Oxşar yazılar