Pişiklərin gecə  sahiblərini oyatmasının   3 ƏSAS SƏBƏBİ
29 aprel 2024 00:31 (UTC +04:00)

Pişiklərin gecə sahiblərini oyatmasının 3 ƏSAS SƏBƏBİ

Bəziləri ev heyvanlarının onları gecələr oyandırması ilə barışıblar. Digərləri isə bu davranışlardan xilas olmaq üçün əllərindən gələni etməyə çalışırlar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, davranışın səbəbini müəyyənləşdirməyə dəyər.

Əgər ev heyvanınız sizi gecə yuxudan oyadırsa və siz dərhal qabı yeməklə doldurmağa gedirsinizsə, heyvan bunu xatırlayacaq. Pişik hesab edir ki, bu, sahibindən istədiyini əldə etməyin ən asan yoludur.

Mütəxəssislərin fikrincə, pişik gün boyu tək qalır və axşam saatlarında ona kifayət qədər diqqət yetirmirsinizsə, o zaman gecə sizi oyadacaq. Buna görə də, gün ərzində ev heyvanınızla vaxt keçirməlisiniz ki, o, sizə istirahət üçün imkan versin.

Unutmayın ki, pişiklər gecə gəzə bilər: təbiətləri bunu tələb edir. Çünki siz yatarkən, ev heyvanınız susuzluq və ya aclıq hiss edə bilər. Əgər qablar boşdursa, ev heyvanı sizi oyandıracaq. Problemi həll etməyin yalnız bir yolu var: yatmazdan əvvəl qabları yoxlayın.

# 4986
avatar

Fidan İlqar

Oxşar yazılar