Azərbaycanda tələbə dəm qazından boğuldu
27 fevral 2023 15:44 (UTC +04:00)

Azərbaycanda tələbə dəm qazından boğuldu

Mingəçevirdə 20 yaşlı oğlan dəm qazından boğulub.

Lent.az xəbər verir ki, hadisə bu gün Mingəçevir şəhəri Sahil küçəsində yerləşən evlərdən birində qeydə alınıb. 

Orada yaşayan, 2003-cü il təvəllüdlü Qazax rayonunun İkinci Şıxlı kənd sakini Vüsal Hüseynovun meyiti vanna otağında aşkarlanıb. Onun dəm qazından öldüyü ehtimal olunur. V.Hüseynov Mingəçevir Dövlət Universitetinin tələbəsidir və həmin mənzildə kirayədə qalırmış. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, polis və prokurorluq əməkdaşları, ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

# 2604
avatar

Oxşar yazılar