Şagirdinə nalayiq mesajlar  yazan müəllim işdən çıxarıldı
08 may 2024 12:17 (UTC +04:00)

Şagirdinə nalayiq mesajlar yazan müəllim işdən çıxarıldı

ABŞ-ın Viskonsin ştatında orta məktəb müəllimi 11 yaşlı şagirdə təcavüz etməkdə ittiham olunub.

Lent.az xarici mediaya istinadla bildirir ki, 11 yaşlı oğlanın anası polisə ərizə ilə müraciət edib. Qadın deyib ki, oğlunun telefonunda nalayiq yazışmalar tapıb. Uşağa mesajları 24 yaşlı müəllim Madison Berqmann yazıb.

Müəllimin mənzilində aparılan axtarış zamanı onun oğlanla yazışdığına dair qeydlər tapılıb. Amerikalı qadının uşaqla intim münasibəti olub-olmadığı müəyyən edilməyib.

İş üzrə məhkəmə mayın sonunda başlayacaq, müəllim işdən uzaqlaşdırılıb və onun məktəbə gəlişi qadağan edilib.

# 2370
avatar

Oxşar yazılar