Bacısı boşandığı üçün  anasını söyən oğlan həbs olundu
18 fevral 2026 13:19 (UTC +04:00)

Bacısı boşandığı üçün anasını söyən oğlan həbs olundu

0

Saatlıda bacısının boşanmasına görə anası ilə dalaşan oğul həbs olunub.

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

41 yaşlı rayon sakini Allahverdi Həsənov (ad və soyad şərtidir) bacısının boşanmasına əsəbiləşərək anasının yaşadığı evdə qab-qacağı və stulu sındırıb. Bacısı onun sözlərini eşitməyib ailəsi ilə barışmaq istəmədiyi üçün iki gün sonra yenidən anasının yaşadığı ikimərtəbəli binaya gedib. Binanın həyətində uca səslə anasını çağırıb və bacısının barışaraq öz evinə getməsini anasından tələb edib. Bu zaman Allahverdi uca səslə nalayiq ifadələr səsləndirib. Səs-küydən narahat olan qonşular polisə məlumat veriblər. Lakin Allahverdi Həsənov əraziyə gələn polislərə tabe olmaq istəməyib və öz hərəkətlərini davam etdirib.

Buna baxmayaraq o saxlanılaraq şöbəyə aparılıb. Barəsində inzibati protokol tərtib olunub.

A. Həsənov ifadəsində bir daha belə hərəkət etməyəcəyinə dair söz verib və məhkəmədən yüngül cəza verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə onun barəsində 10 gün müddətinə həbs cəzası təyin edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 470

Oxşar yazılar