Ucar sakininə naməlum şəraitdə ağır xəsarət yetirilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Oğuz küçəsində baş verib.
Belə ki, rayonun Qarabörk kənd sakini, 1998-ci il təvəllüdlü Mayis Sərdar oğlu Ağasıyev bədənin kəsilmiş-deşilmiş yaraları ilə ağır vəziyyətdə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Zərərçəkən təcili olaraq əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.