Azərbaycanlı aeroportda 18 milyonluq qızılla  TUTULDU
18 fevral 2026 13:30 (UTC +04:00)

Azərbaycanlı aeroportda 18 milyonluq qızılla TUTULDU

0

Dubaydan Moskvaya gələn azərbaycanlı aeroportda saxlanılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Vnukovo hava limanında həmin şəxsin üzərindən 18,5 milyon rubl (təxminən 411 min manat) dəyərində üzüklər tapılıb.

33 yaşlı Azərbaycan vətəndaşı Moskvaya Dubaydan gələn reyslə çatıb. Baxış zamanı onun çamadanında platin və qızıl ərintilərindən hazırlanmış, brilyant qaşlı 5 üzük aşkar edilib. Zinət əşyaları müsadirə olunub, sərnişinə qarşı qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb.

Onu 5 ilədək azadlıqdan məhrumetmə və ya 1 milyon rubla qədər cərimə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 484

Oxşar yazılar