Bakı polisinin axtardığı şəxs Avropada TUTULDU
30 dekabr 2025 13:30 (UTC +04:00)

Bakı polisinin axtardığı şəxs Avropada TUTULDU

0

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının yeri Bosniya və Herseqovina ərazisində müəyyən olunub. 

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Nicat Namiq oğlu Rəhimov İnterpol kanalları vasitəsilə saxlanılıb. 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar