Bakıda 2 evdən  meyit tapılıb
28 yanvar 2023 11:35 (UTC +04:00)

Bakıda 2 evdən meyit tapılıb

Fövqəladə Hallar Nazirliyi ötən gün görülmüş işlərlə bağlı məlumatları açıqlayıb.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 25 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər xilas edilib, Suraxanı və Yasamal rayonlarında bağlı qapı arxasında aşkar olunan 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

# 1800
avatar

Oxşar yazılar