ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
09 sentyabr 2026 16:57 (UTC +04:00)

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

0

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış “Qollar qazandırır!” kampaniyasının ardınca futbol mövsümü ərəfəsində ABB yeni bir kampaniyaya start verir. “ABB Play – Master Liqa” adlanan kampaniya 2026–cı il sentyabrın 9-da başlayacaq və 2027-ci il iyunun 5-nə qədər davam edəcək.

“ABB Play – Master Liqa” ABB mobile istifadəçiləri üçün futbol proqnozları və bank əməliyyatlarını “Gamification” mexanizmində birləşdirir.

ABB mobile istifadəçisi kampaniyaya qoşulub, futbol oyunlarının nəticələrini proqnozlaşdırır, ABB-nin məhsul və xidmətlərindən istifadə etməklə qollar toplayıb hədiyyələr qazanır. Kredit, kart, ipoteka, DigiTravel, ABB İnvest, Open Banking, DigiDeposit, ödənişlər və digər seçilmiş bank əməliyyatları istifadəçiyə əlavə qollar qazandırır. Bundan əlavə, ABB Mastercard kart sahibləri ABB Mastercard kartları ilə ödəniş etdikdə xüsusi bonusları aktivləşdirə və əlavə xal/qol qazana bilərlər.

Kampaniya 4 mərhələdən ibarətdir:

Mərhələ 1: 09.09.2026 – 29.10.2026

Mərhələ 2: 30.10.2026 – 28.12.2026

Mərhələ 3: 29.12.2026 – 01.03.2027

Final: 02.03.2027 – 05.06.2027

Kampaniyada ABB mobile tətbiqinin bütün istifadəçiləri iştirak edə bilərlər. Qollar qazanmaq üçün əvvəlcə kampaniyaya qoşulmaq tələb olunur. Bank əməliyyatlarına görə qollar məhsuldan asılı olaraq birdəfəlik, hər mərhələdə yenidən və ya əməliyyat həcminə uyğun hesablanır.

Turlar üzrə mükafatlara səyahət kuponları, “iPhone”, “MacBook Air”, “iPad Air”, “Apple Watch”, “AirPods”, keşbeklər daxildir.

Final mükafatları 10 000 qalib üçün Sea Breeze-də mənzil, avtomobil, səyahət kuponu, “Apple” cihazları, keşbeklər olaraq nəzərdə tutulub.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 162

Oxşar yazılar