Bakıda ev qarət olunub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayonu ərazisində bir evdən 2100 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı N.Sadıqova polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.