Bakıda anası ilə dalaşan oğlan itkin düşdü
08 may 2025 09:23 (UTC +04:00)

Bakıda anası ilə dalaşan oğlan itkin düşdü

Bakıda yeniyetmə oğlan itkin düşüb.

Lent.az xəbər verir ki, Nizami rayonu Babək prospektində yaşayan 16 yaşlı Əhmədov Maarif Nicat oğlu mayın 5-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun anası polisə müraciətində bildirib. Məlumata görə, oğlu itkin düşməzdən əvvəl anası ilə ailə-məişət zəminində mübahisə edib.

Hazırda Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən yeniyetmənin axtarışları aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar