Rusiyada  güclü zəlzələ  oldu
08 may 2025 05:23 (UTC +04:00)

Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka yarımadasında, Avaçinski körfəzi akvatoriyasında 58 kilometr dərinlikdə 5,1 maqnitudalı zəlzələ baş verib.

Lent.az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb. 

Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərinin bəzi hissələrində 3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Qeyd olunur ki, hadisə ilə bağlı sunami təhlükəsi elan edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966

Oxşar yazılar