AZAL Moskvaya daha iki reysi təxirə saldı
08 may 2025 13:14 (UTC +04:00)

AZAL Moskvaya daha iki reysi təxirə saldı

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 318

Oxşar yazılar