Bakıda avtoxuliqanlıq edən  sürücüyə 15 sutka həbs cəzası
23 yanvar 2026 18:26 (UTC +04:00)

Bakıda avtoxuliqanlıq edən sürücüyə 15 sutka həbs cəzası

0

Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bakı Şəhər Dövlər Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "Chevrolet" markalı 90-YD-239 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Elçin Aşurəliyevi saxlayıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü E.Aşurəliyevin nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar