DTX  YAP-ın Balakən rayon təşkilatının sədrini həbs etdi
26 oktyabr 2026 14:12 (UTC +04:00)

DTX YAP-ın Balakən rayon təşkilatının sədrini həbs etdi

0

Yeni Azərbaycan Partiyasının (YAP) Balakən rayon təşkilatının sədri vəzifəsindən azad edilən Azad Balayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Lent.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Azad Balayev sabiq icra başçısı İslam Rzayevin cinayət işi üzrə üzə çıxan faktlarla bağlı həbs edilib.

Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub, ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvətalma) maddələri üzrə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar