Bakıda bank kartlarından pul oğurlayan gənc saxlanıldı
08 fevral 2023 10:43 (UTC +04:00)

Bakıda bank kartlarından pul oğurlayan gənc saxlanıldı

Bakıda bank kartlarından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxt ərazisində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından müxtəlif məbləğlərdə pulun oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, 21 yaşlı Surət Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun eyni üsulla 5 nəfərin bank hesabından 4 min manata yaxın vəsaiti oğurlaması müəyyən olunub.

Araşdırmalar davam etdirilir.

# 1584
avatar

Oxşar yazılar