Bakıda bitum maşını AŞDI:  hər tərəf mazut oldu, yanan var - HADİSƏ ANI  - YENİLƏNİB
06 aprel 2024 16:20 (UTC +04:00)

Bakıda bitum maşını AŞDI: hər tərəf mazut oldu, yanan var - HADİSƏ ANI - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu ərazisində, metronun “Koroğlu” stansiyasının yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğın təhlükəli bitumun dağılması barədə məlumat daxil olub.

Lent.az FHN-ə istinadən xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Volvo” markalı, 30 ton tutuma malik çəni olan yük avtomobilinin yolun hərəkət hissəsinə aşması nəticəsində 200m2 sahəyə yanğın təhlükəli bitumun dağıldığı müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində ərazidə mümkün yanğın təhlükəsi aradan qaldırılıb.

***

Saat 15:00

Xəbərə hadisə anının videosu əlavə edilib

***

saat 14:24

Aprelin 6-da saat 13:04-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Heydər Əliyev prospekti, Koroğlu metrosu yaxınlığında iri tonnajlı yük avtomobilinin aşması səbəbilə çağırış daxil olub.

Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Qəzada xəsarət alan 56 yaşlı şəxs (kişi cinsli) müştərək travma və bədənin çoxsaylı yanıqları diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. İlkin zəruri tibbi yardımlar göstərildikdən sonra Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunması nəzərdə tutulub.

***

saat 14:00

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu ərazisində, “Koroğlu” metro stansiyası yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğın təhlükəli maye dağılması barədə məlumat daxil olub.

Lent.az FHN-ə istinadən xəbər verir ki, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülməsi üçün dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, bitum daşıyan yük maşınının aşması nəticəsində daha bir neçə yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Məlumata görə, Böyükşor şosesi- “Koroğlu” metro stansiyası, mərkəz, bunlarla yanaşı, Heydər Əliyev prospekti, əsas yol - “Koroğlu” metro stansiyası və Qara Qarayev prospekti istiqamətlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

# 4872
avatar

Oxşar yazılar

Körpə yeməkdən sonra qusub öldü

Körpə yeməkdən sonra qusub öldü

2 may 2024 , 11:03
Bakıda kişi kanalizasiya quyusuna  düşüb öldü

Bakıda kişi kanalizasiya quyusuna düşüb öldü

2 may 2024 , 09:57
Azərbaycanda 118 nəfər zəhərləndi, ölənlər var

Azərbaycanda 118 nəfər zəhərləndi, ölənlər var

2 may 2024 , 09:23
Şamaxıda DƏHŞƏT:  kafenin həyətində özünü asdı

Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı

2 may 2024 , 09:20
Bakıda ev yandı, ölən var

Bakıda ev yandı, ölən var

2 may 2024 , 09:11
Neftçilər prospekti bağlandı

Neftçilər prospekti bağlandı

2 may 2024 , 08:07
Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var  - FOTO

Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var - FOTO

2 may 2024 , 03:30
Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

2 may 2024 , 02:22