2023-cü ilin sentyabrın 19-20-də Qarabağ iqtisadi zonasında keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu 2024-cü il aprelin 7-də müalicə olunduğu tibb müəssisəsində vəfat edib.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət etsin!