Bakıda əcnəbi turistin PULLARI OĞURLANDI
15 fevral 2023 10:09 (UTC +04:00)

Bakıda əcnəbi turistin PULLARI OĞURLANDI

0

Bakıda Səudiyyə Ərəbistan vətəndaşının pulları oğurlanıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Səbail rayonu N. Rəfibəyli küçəsi ev 49-da qeydə alınıb. 

Fevralın 11-də şəhərə turist qismində gələrək həmin ünvanda yaşayan 1999-cu il təvəllüdlü Alrashede Suauds polisə müraciət edərək evə qayıdan zaman açıq qapıdan naməlum şəxsin evdə olduğunu aşkar edib. O qeyd edib ki, içərisində 1225 AZN və 550 ABŞ dolları olan pul kisəsini oğurladığını deyib. 

Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1762

Oxşar yazılar