Bakıda evdən meyit TAPILDI
31 may 2023 17:47 (UTC +04:00)

Bakıda evdən meyit TAPILDI

Bakıda meyit tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.

Rayon ərazisində yerləşən evlərin birində naməlum kişi meyiti aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 63 yaşlı Hafiz Abdulov olması müəyyən edilib.

Ölümün səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2364
avatar

Fidan İlqar

Oxşar yazılar