Bakıda evdən meyiti tapılan 4 nəfər nədən ölüb? - Prokurorluq AÇIQLADI
06 yanvar 2023 17:07 (UTC +04:00)

Bakıda evdən meyiti tapılan 4 nəfər nədən ölüb? - Prokurorluq AÇIQLADI

Baş Prokurorluq Bakıda evdən 4 nəfərin meyitinin tapılması faktı ilə bağlı məlumat yayıb. 

Qurumun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfər şəxsin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Araşdırma zamanı vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib.

İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

# 3165
avatar

Oxşar yazılar