Bakıda FACİƏ:  ata və məktəbli oğlu qazdan boğuldu - YENİLƏNİB
08 iyun 2026 11:24 (UTC +04:00)

Bakıda FACİƏ: ata və məktəbli oğlu qazdan boğuldu - YENİLƏNİB

0

Bakıda mənzildə ata və 13 yaşlı oğlu dəm qazından ölüb, digər azyaşlı övladı zəhərlənib.

Lent.az APA-ya istinadla xəbər verir ki, iyunun 7-si saat 17 radələrində 20 Yanvar küçəsində mənzildə yaşayanlar 1974-cü il təvəllüdlü Əbülfəz Abıyev, onun oğlu 2013-cü il təvəllüdlü Kamran dəm qazından zəhərlənərək ölüblər.

Ailənin digər övladı 2005-ci il təvəllüdlü Nurlan zəhərlənmə əlaməti xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

***

10:29

Bakıda 7-ci sinif şagirdi vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə məktəbin rəsmi sosial şəbəkə hesabında məlumat paylaşılıb.

13 yaşlı Kamran Abıyevin ölüm səbəbi açıqlanmayıb.  

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kamran Abıyev və atası Əbülfəz Abıyev yaşadıqları evdə qazdan boğularaq ölüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 902

Oxşar yazılar