Azərbaycan sərhədini pozmağa cəhd göstərən  Nigeriya vətəndaşı saxlanıldı
08 iyun 2026 11:04 (UTC +04:00)

Azərbaycan sərhədini pozmağa cəhd göstərən Nigeriya vətəndaşı saxlanıldı

0

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Nigeriya vətəndaşı - 31 yaşlı Olabıyı Kazeem Adısa saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar