Bu qadından bir aya yaxındır xəbər yoxdur
07 iyun 2026 15:00 (UTC +04:00)

Bu qadından bir aya yaxındır xəbər yoxdur

0

Bakıda Tovuz rayon sakini olan 38 yaşlı qadın itkin düşüb.

Lent.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Bayramova Cəmilə Ceyhun qızı bu il mayın 11-də paytaxtın Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 27, mənzil 40 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məlumata görə, C. Bayramova hicab taxırmış. Evdən çıxarkən əynində ağ jaket, boz cins şalvar və ağ idman ayaqqabısı olub.

Onu görənlərdən Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar