Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində səslərin sayılmasını başa çatdırıb.
“News.am” xəbər verir ki, bütün 2005 seçki məntəqəsinin nəticələri hesablanıb.
"Vətəndaş Müqaviləsi" Partiyası 49,81% (727 160 səs), "Güclü Ermənistan" bloku 23,29% (340 062 səs), "Ermənistan" bloku 9,94% (145 097 səs), “Çiçəklənən Ermənistan” Partiyası isə 4.00% (58 368 səs) səs toplayıb.
Beşinci yerdə qərarlaşan "Birlik Qanadları" partiyası 2,30% (33.618 səs) səs toplayıb.
***
saat 06:58
Ermənistanda yerli vaxtla saat 06:30-a olan məlumata görə parlament seçkilərinin nəticələri 2006 seçki məntəqəsindən yalnız 1296-sı üzrə açıqlanıb.
Lent.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Beləliklə, bülletenlərin 55,95 faizi emal olunub.
İlkin nəticələrə əsasən, hakim “Vətəndaş Müqaviləsi” Partiyası 414 min 608 səs və ya 50,86 faizlə liderlik edir.
İkinci yerdə 189 min 50 səslə və ya 23,19 faiz nəticə ilə “Güclü Ermənistan” partiyalar bloku qərarlaşıb.
Üçüncü yeri 78 min 275 səslə və ya 9,6 faiz nəticə göstərən “Ermənistan” bloku tutur.
Dördüncü yerdə 33 min 417 səslə və ya 4,1 faiz nəticə əldə edən “Çiçəklənən Ermənistan” Partiyası qərarlaşıb.
Beşinci sırada isə 18 min 720 səslə və ya 2,3 faiz nəticə göstərən “Birlik Qanadları” Partiyası yer alıb.
***
Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 50,31 faizi hesablanıb.
Lent.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası bülletenlərin 50,31%-i (742 857 səs) emal edildikdən sonra 51,03% səs toplayıb.
İşa adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku səslərin 23,18%-ni, keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 9,51%-ni və iş adamı Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası 4,18%-ni toplayıb. Seçici fəallığı 58,97% təşkil edib.
***
00:07
Ermənistanda Baş nazir Nikol Pashinyanın rəhbərlik etdiyi partiya parlament seçkilərində liderlik edir.
Lent.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
MSK-nın 110 seçki məntəqəsindən daxil olan ilk məlumatlarına görə, Paşinyanın partiyası seçicilərin 57,14 faiz səsini toplayıb.
Səslərin sayılması prosesi davam edir.